<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>401</hymn_number>
<lyrics>[V1]
 Çiçək açır, gəlir bahar, bu gözəllik Səndən bu gün,
 Hər bir gülü açmaq üçün Tanrının hökmü var bu gün.

[C1]
   Gözəl bahar, gözəl bahar, qar əriyir, axır sular,
   Bənövşələr çiçək açır, hər tərəfə ətir saçır.
   Bir-birindən gözəl olur, yaratdığın fəsillərin,
   Ulu Tanrım, Rəbbim mənim, izzət Sənə, amin, amin.

[V2]
 Belə gözəl bir baharda həyat canlanır hər yanda,
 Tanrımızın hökmü ilə hər bir məxluq gəlir cana.</lyrics>
<title>Çiçək açır, gəlir bahar, bu gözəllik Səndən bu gün İL401</title>
</song>